Abşeronda DƏHŞƏTLİ HADİSƏ: evində yanaraq öldü

Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
ONN media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.