ONN İnformasiya Agentliyi

Aeroport yolunda DƏHŞƏTLİ QƏZA – Ölən var

Aeroport yolunda DƏHŞƏTLİ QƏZA – Ölən var
06 Yanvar 2018 - 8:21

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu "Jeep" markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "Jeep" deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.

Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png