Aeroport yolunda yük maşını yandı

Bu gün Bakının Suraxanı rayonunda Heydər Əliyev prospektinin aeroport yolu kimi tanınan hissəsində avtomobil yanıb.

ONN media xəbər verir ki, “Ford” markalı kiçiktutumlu yük avtomobilinin mühərrik hissəsində yanğn başlayıb.

Sürücü və yaxınlıqdan keçən şəxslər yanğınsöndümə balonları ilə yanğına müdaxilə ediblər və avtomobilin tamamilə yanmasının qarşısını alıblar.