Afrində türk ordusu itki verdi: 2 ölü, 11 yaralı – Rəsmi

Türk ordusunun Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı zamanı 2 əsgər şəhid olub, 11-i isə yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Türkiyə Baş Qərargahı bu gün 42 hədəfin məhv edildiyini və 22 təyyarənin əməliyyatdan sonra geri döndüyünü bildirib.