Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib.

ONN media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çullu kəndində baş verib.

Kənd sakinləri 31 yaşlı Cabbarova Əsmər, 29 yaşlı  İsmayılova Elnaz, 28 yaşlı Cabbarova Aygün, 28 yaşlı Cabbarov Rahib və  10 yaşlı Cabbarov Nərmin Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-nın Qarabağ bürosuna  verilən məlumata görə, zəhərlənən ailə üzvlərinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.