Ağdamda güclü yanğın hadisəsi baş verib

Ağdam rayonunun Cinli kəndində yanğın olub.

ONN media xəbər verir ki, açıq ərazidə 10 ha sahədə quru ot, kol-kos və 30 ədəd ağac qismən yanıb. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.