Ağdamda zəncirvari yol qəzası olub

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib.

ONN media-nın xəbərinə görə hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkət edən KamAZ markalı yük maşını “Mercedes” markalı minik maşınına, “Mercedes” isə “BMW” markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.