ONN İnformasiya Agentliyi

Ağdaşda ağır qəza: sürücü öldü

Ağdaşda ağır qəza: sürücü öldü
24 May 2020 - 11:47

Аğdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki,  hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gərayev Niyaz Nizam oğlu “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı sürücü dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png