ONN İnformasiya Agentliyi

Ağstafada mərmi və qumbaralar tapıldı — FOTO

Ağstafada mərmi və qumbaralar tapıldı — FOTO
05 Fevral 2018 - 21:46

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Həsənsu kəndi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan ONN media-ya verilən məlumata görə, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə su arxının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 6 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) və 1 ədəd 40 mm-lik silah qumbarası) aşkar olunub, daşınması mümkün olmadığına görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png