ONN İnformasiya Agentliyi

Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur

Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur
05 Yanvar 2018 - 16:34

Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.

ONN media xəbər verir ki, bu barədə Oxu.Az-a "Gilavar” Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların "Mi-17” təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png