ONN İnformasiya Agentliyi

Astanada təyyarə reysləri təxirə salındı – Səbəb

Astanada təyyarə reysləri təxirə salındı – Səbəb
10 Dekabr 2017 - 13:30

Astanada güclü qar yağması ilə əlaqədar Nursultan Nazarbayev beynəlxalq aeroportunda 15-dən çox reys təxirə salınıb, dördü isə ləğv olunub.

ONNmedia xəbər verir ki, Ləngimələr Qazaxıstan aviaşirkətlərinin reyslərinə şamil edilib.

Qazaxıstan meteoroloji xidmətlər idarəsi – “Kazqidromet” dekabrın 10-11-də Astanada çovğun və yolların buz bağlamasının gözlənildiyini bildirmişdi.

Almatı şəhərində “Air Astana” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Almatı–Banqkok reysi üzrə hərəkət edən təyyarə də uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinlər başqa təyyarə ilə Banqkoka göndərilib.(Azərtac)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png