Ata 11 yaşlı oğlunu güllələdi

Moskvada ehtiyatsızlıq bədbəxt hadisəylə nəticələnib.
ONN media gazeta.ru-ya istinadən xəbər verir ki, ata evdə silahı söküb yığarkən qəfildən atəş açılıb. Güllə 11 yaşlı uşağın ayağına dəyib.
Yaralanan azyaşlı xəstəxanaya aparılıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.