ONN İnformasiya Agentliyi

Avtobus qəzası zamanı yaralananların siyahısı

Avtobus qəzası zamanı yaralananların siyahısı
25 Yanvar 2020 - 12:44

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Elgün Otello oğlu Cahangirovun idarə etdiyi Ayşən LTD MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daevoo” markalı, 90 JL 290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətdə dayanmış Əbil Zabil oğlu Quliyevin idarə etdiyi VAZ-2107 markalı, 10 MR 819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Aytən Əfələddin qızı Kərimova, 1996-cı il təvəllüdlü Fidan Rasim qızı Məmmədova, 1961-ci il təvəllüdlü Mühbarə Cuma qızı Balakişiyeva, 1993-cü il təvəllüdlü Əli Rasim oğlu Məmmədov, 1996-cı il təvəllüdlü Elşən Məmməd oğlu Həsənov və1991-ci il təvəllüdlü Murad İlqar oğlu Rüstəmzadə yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png