Avtobus sürücüsü iş yoldaşını vurub öldürdü

Xırdalanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında, orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub.

Xəsarət almış T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.