Avtobus sürücüsündən kobud qayda pozuntusu

Bakıda qaydaları kobud şəkildə pozaraq sərnişinləri təhlükəyə atan avtobusun sürücüsü kameraya düşüb.

ONN media xəbər verir ki, 90 RA 859 dövlət nömrə nişanlı, 57 nömrəli avtobusun sürücüsü qırmızı işıqda keçir. Bununla da həm digər sürücüləri, həm də sərnişinləri təhlükəyə atır.

Qeyd edək ki, bu qayda pozuntusuna görə 60 manat və 3 cərimə balı nəzərdə tutulub. Amma ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi də aidiyyəti üzrə sürücü barəsində tənbeh tədbiri görəcək.