ONN İnformasiya Agentliyi

Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var – FOTO

Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var – FOTO
22 Yanvar 2018 - 8:57

Tovuzda yol qəzası baş verib.

ONN media APA-ya istinadən xəbər verir ki, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi Pajero" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png