Avtomobil oğrusu ələ keçdi

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

ONN media xəbər verir ki, Daxili İşlət Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev avtomobilinin qaçırılması barədə məlumat verib.

Nizami rayon Polis İdarəsini 23-cü polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Opel” markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Abbasov küçəsində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birlikdə polis bölməsinə gətirilib.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Heydər Eminov olması müəyyən edilib.