Azərbaycanda ağır yol qəzası olub: ÖLƏNLƏR VAR- Yenilənib

Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.

ONN media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin APA-ya verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.

***18:35

Bərdədə ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.