Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Azərbaycanda daha bir uşaq qızılcadan ölüb.

ONN media xəbər verir ki, ölüm faktı Şəkidə qeydə alınıb.

Belə ki, Şəki rayonu Qayabaşı kənd sakini 2017-ci il təvəllüdlü Y. Məmişov müalicə aldığı xəstəxanada ölüb.

Onun xəstəxanada qızılcadan müalicə olunduğu bildirilib.