ONN İnformasiya Agentliyi

Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu
19 Yanvar 2024 - 22:35

Azərbaycanın Saatlı-Sabirabad rayonlarının sərhədində 5 bal gücündə zəlzələ olub.

ONN media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05:55-də qeydə alınıb.

Zəlzələnin dərinliyi 61 km olub.

Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Nefçala Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png