Azərbaycanda rusiyalı alim itkin düşdü

Azərbaycanda Rusiya Elmlər Akademiyasının Astronomiya institutunun əməkdaşı, Rusiya vətəndaşı Dmitriy Çulkov itkin düşüb.

ONN media xəbər verir ki, bu barədə Oxu.Az-a gənc alimin yaxınları məlumat veriblər.

Bildirilir ki, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və mehmanxanaların birində qalıb. Evin sahibi  yanvarın 5-də qonağın Göygöl seyrinə yollandığını qeyd edib. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, sonuncu, piyada yola düşüb və bir daha geri qayıtmayıb. 

Bundan sonra D. Çulkov telefon zənglərinə cavab verməyib, internetə çıxmayıb.

“Anasına dedi ki, bir həftəlik gedirəm,  iki gündən sonra onunla əlaqə kəsildi” – deyə Rusiya Elmlər Akademiyasının Astronomiya institutunda olan mənbə bildirib.  

Çulkov Azərbaycanı artıq yanvarın 10-da tərk etməli idi. Ancaq aviaşirkət onun təyyarəyə minmədiyini bildirib. Hal-hazırda rusiyalı alimin axtarışlarını onun həmkarları və qohumları aparır.