ONN MEDİA

Azərbaycanda TÜKÜRPƏDİCİ OLAY – Ata maşını ilə öz övladını öldürdü

Azərbaycanda TÜKÜRPƏDİCİ OLAY – Ata maşını ilə öz övladını öldürdü
06 May 2019 - 23:25
Yevlax şəhərində tükürpədici hadisə baş verib.

ONN media milli.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib.

Belə ki,  ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.

Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu – Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png