Azərbaycanda zəlzələdən xəsarət alan var – Yenilənib

Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb.
ONN media xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.
1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq “təcili tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıb.
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zələzələ ilə bağlı məlumat yayıb.
ONN media xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 15 noyabr 2017-ci il tarixində yerli vaxtla saat 23:48 dəqiqədə Ağdam rayonu ərazisində, 25 km dərinlikdə zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6,0 bal, yaxın yasayış məntəqələrində 5,0-3,0 bala qədər hiss olunub.