Azərbaycanlı həkim oğlu ilə qəzaya düşdü – Özü öldü

Azərbaycanlı həkim Tenqiz Hüseynağa oğlu Axundov Rusiyada yol qəzasında ölüb.

ONN media xəbər verir ki, qəzaya səbəb T.Hüseynovun idarə etdiyi avtomobil qəfildən qarşı zolağa çıxan avtomobillə toqquşub.

Başından xəsarət alan həkim hadisə yerində ölüb. Hadisə zamanı həkimin yanında olan oğlu xəsarət almayıb.

Mərhumun meyiti bu gün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, üç uşaq atası T.Axundov 30 il Kalininqrad şəhər Mərkəzi Kliniki Xəstəxanada otorinolarinqoloq-həkim çalışıb.