ONN İnformasiya Agentliyi

Azərbaycanlı hamilə qadın Türkiyədə QƏZA KEÇİRDİ

Azərbaycanlı hamilə qadın Türkiyədə QƏZA KEÇİRDİ
07 Noyabr 2019 - 22:59
Türkiyənin Manisa şəhərində azərbaycanlı qadın yol qəzası nəticəsində xəsarət alıb.

ONN media bildirir ki, bu barədə xəbər Türkiyə mәtbuatında yer alıb.

Qəza bu gün günorta saatlarında baş verib. Həsən Arslan adlı şəxsin idarə etdiyi avtomobil Səma Dumanlının idarə etdiyi 3 təkərli elektrikli velosipedlə toqquşub. Nəticədə velosipeddə olan sərnişin – 3 aylıq hamilə Sonaxanım Məmmədova xəsarət alıb.

Yaxınlıqda olan vətəndaşlar təcili yardım çağırıblar. Soydaşımız xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png