ONN İnformasiya Agentliyi

Azərbaycanlı milyarder Fransada saxlanıldı

Azərbaycanlı milyarder Fransada saxlanıldı
21 Noyabr 2017 - 23:00

Rusiya Federasiya Şurasının üzvü, Azərbaycan əsilli Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb.

ONN media xəbər verir ki, bu haqda Rusiyanın Fransadakı səfirliyinin nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib. O, hazırda polis bölməsindədir. Vilfranş-syur-Merdəki Rusiya baş konsulluğunun əməkdaşları senatorla görüşə biliblər.

Səfirliyin nümayəndəsi Kərimovun saxlanılmasının səbəbini dəqiqləşdirməyib. “Biz yerli hakimiyyətlə daimi əlaqədəyik və onun azad olunmasına çalışırıq”, – o deyib.

KİV-in xəbərlərinə görə, senatoru vergilərin ödənilməməsi haqqında iş üzrə saxlaya bilərlər. Federasiya Şurasından bildiriblər ki, vəziyyəti nəzarətdə saxlayacaqlar.

Qeyd edək ki, Kərimov 2008-ci ildən Federasiya Şurasında Dağıstanı təmsil edir. Senator sahibkarlıq fəaliyyəti ilə fəal məşğuldur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png