Azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb

Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.

ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub. 

Onun 20 ildir axtarışda olduğu bildirilir.