ONN İnformasiya Agentliyi

Azərbaycan polisi qəzada həyatını itirdi

Azərbaycan polisi qəzada həyatını itirdi
03 İyul 2022 - 10:52

Ağdaşda Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı qəzada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ONN media-ya bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi VAZ-21011 markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi VAZ-21011 toqquşub.

Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png