Azərbaycanda FACİƏ – Gənc fəhlə…

Ağsuda 20 yaşlı fəhlə iş zamanı hündürlükdən yıxılıb.

ONN media APA-ya istinadən xəbər verir ki, iyunun 18-də saat 17.00 radələrində rayonun Ərəbmehdibəy kənd sakini, 1999-cu il təvəllüdlü Fuad Knyazlı kənddə yerləşən “Aqropark” QSC-nin Yem zavodunda iş qəzası nəticəsində hündürlükdən düşüb.

Gənc hadisə nəticəsində aldığı ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və oradan Bakıya göndərilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.