Azərbaycanda gənc ana qızdırmadan HƏYATINI İTİRDİ

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.