ONN İnformasiya Agentliyi

Azərbaycanda ilk dərs günü ölən məktəbli ilə bağlı İNSANI SARSIDAN FAKTLAR

Azərbaycanda ilk dərs günü ölən məktəbli ilə bağlı İNSANI SARSIDAN FAKTLAR
17 Sentyabr 2019 - 12:13

Dünən axşam saatlarında Şamaxı şəhərində 3-cü sinif şagirdi olan 9 yaşlı Yusif Nuriyevin yol qəzasında vəfat etməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

ONN media xəbər verir ki, avtomobilin vurub öldürdüyü Y.Nuriyev Şamaxı şəhər İnşaatçı qəsəbə orta məktəbinin 3-cü sinif şagirdi olub və dünən məktəbdə keçirilən Bilik Günü şənliyində iştirak edib. Tədris ilinin ilk dərs günü 5 saatlıq dərsdən çıxıb evə gedən Y.Vəliyev saat 16 radələrində yaşadığı evin qarşısında “Niva” markalı avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, məktəblinin atası da keçən il göldə bataraq vəfat edib və anası 3 uşağını tək böyüdürmüş. Y.Nuriyevin böyük bacı-qardaşı da İnşaatçı qəsəbə məktəbində təhsil alır və o dərsdən sonra hər zaman bacı-qardaşı ilə birlikdə evə qayıdırmış.

Qeyd edək ki, hadisə ilə bağlı Şamaxı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png