ONN İnformasiya Agentliyi

Azərbaycanda tələbə dərs zamanı ağır xəsarət aldı

Azərbaycanda tələbə dərs zamanı ağır xəsarət aldı
07 Fevral 2018 - 9:54

Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb.

ONN media report-a istinadən xəbər verir ki, hadisə ötən gün dərs saatında baş verib.

Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boyunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png