ONN media “report”a istinadən xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı “Report”a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: “Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub”.