ONN İnformasiya Agentliyi

Azərbaycanda “yoxa çıxan” Rusiya aliminin yeri bilindi

Azərbaycanda “yoxa çıxan” Rusiya aliminin yeri bilindi
13 Yanvar 2018 - 17:55

Azərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.

Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu onun anası Olqa Çulkova bildirib.

"Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər", – Çulkova deyib.

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png