ONN İnformasiya Agentliyi

Azərbaycanlı iş adamının restoranı YANDIRILDI

Azərbaycanlı iş adamının restoranı YANDIRILDI
30 Noyabr 2020 - 12:40

İsveçdə fəaliyyət göstərən azərbaycanlı iş adamına məxsus “Vitt Hem – Qarabağ” restoranı yandırılıb.

ONN media  xəbər verir ki, bu barədə restoranın sahibi Kənan Hacıəkbəroğlu məlumat verib.

Onun sözlərinə görə, Göteborq şəhərində yeni açılışı olan restorana gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən “molotov kokteyli” atılıb.

“Mənə polis gecə saatlarında məlumat verdi. Dərhal əraziyə gəldim. Artıq yanğın söndürülmüşdü. Polis əraziyə yaxınlaşmağa qoymadı. Yanğınsöndürənlər və polis restoranın qəsdən yandırılmasından şübhələnirlər. Araşdırma aparılır”, – K.Hacıəkbəroğlu bildirib.

Göteborq şəhər polisinin yaydığı ilkin məlumata görə, yanğına restoranın içinə atılan şübhəli maddə səbəb olub. Yanğından sonra küçə nəqliyyatın hərəkətinə bağlanıb. Polis ətrafdakı müşahidə kameralarının yoxlanılmasına başlayıb. Hadisə ilə bağlı Göteborq şəhər Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png