ONN İnformasiya Agentliyi

Azərbaycanlı müğənninin evi QARƏT EDİLDİ

Azərbaycanlı müğənninin evi QARƏT EDİLDİ
12 Noyabr 2019 - 19:19

Tanınmış müğənni Vüqar Muradovun evindən 3500 manat oğurlanıb.

ONN media xəbər verir ki, Vüqar oğurluğun evinə gələn usta tərəfindən edildiyini söyləyib:

“Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib.

Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki… Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”.

Müğənni bildirib ki, aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib:

“Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar. Başda general polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm”.

Qeyd edək ki, Vüqar Muradov ATV-də yayımlanan “Yeni ulduz” mahnı yarışmasının qalibi olduqdan sonra məşhurlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png