ONN İnformasiya Agentliyi

“Azərişığ”a məxsus maşın dərəyə aşdı: ölənlərin adları bilindi – YENİLƏNİB

“Azərişığ”a məxsus maşın dərəyə aşdı: ölənlərin adları bilindi – YENİLƏNİB
18 Sentyabr 2019 - 16:16

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində ölənlərin kimlikləri bəlli olub.

ONN media  xəbər verir ki, bunlar Sumqayıt sakinləri – 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmovdur.

13:54

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində yaralananların kimlikləri bəlli olub.

ONN media xəbər verir ki, Sumqayıt şəhər sakinləri – 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğludur.

S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İ.Rəsulova qapalı kəll-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

12:45

Qubada “Azərişıq” ASC-yə məxsus maşın aşıb.

ONN media xəbər verir ki, hadisə rayonun Söhüb kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, ikisi isə xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq aşdığını təsdiqləyib:

“Hadisə nəticəsində qurumun iki əməkdaşı ağır xəsarətlər alıb. Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir. Hadisənin səbəblərinin araşdırılması üçün rəhbərlik Qubadadır”.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png