ONN İnformasiya Agentliyi

Azəzrbaycanda DƏHŞƏTLİ QƏZA: Bir ailənin 4 üzvü…

Azəzrbaycanda DƏHŞƏTLİ QƏZA: Bir ailənin 4 üzvü…
14 Fevral 2020 - 23:36

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media bildirir ki, hadisə Saloğlu yolunda qeydə alınıb.

Belə ki, sürücü idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.

Qəza nəticəsində bir ailənin üzvü – 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı, 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və onun yeddi yaşlı oğlu xəsarət alıblar.

Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin, həkimlərin müdaxiləsinə baxmayaraq İsmayılova Sara Əsəd qızının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən şəxslər yaxınlarının nişan mərasimindən qayıdırmış.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png