Azyaşlı uşağı avtomobil vurub – Mingəçevirdə

Mingəçevir şəhərində azyaşlı qızı maşın vurub.

ONN media bildirir ki, hadisə ASAN Xidmət Kompleksinin qarşısında qeydə alınıb.

Valideyn nəzarətsizliyi səbəbindən yol kənarda olan 2014-cü il təvəllüdlü Əhmədli Əsma Elvin qızını minik maşını vurub. Xəsarət alan azyaşlı dərhal Dövlət Yol Polisinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.