Azyaşlı uşaqlar Bakı-Sumqayıt qatarının şüşələrini sındırdı

Dünən Bakı-Sumqayıt qatarı hərəkətdə olarkən şüşələri sındırılıb.

ONN media xəbər verir ki, elektrik qatarı Binəqədi rayonunun ərazisindən keçərkən kənardan atılan daşların pəncərələrə dəyməsi nəticəsində qatarın bir neçə vaqonunun şüşələri sınıb.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, qatarı daşlayanlar Rəsulzadə qəsəbə sakinləri – 12 yaşlı T. Və 11 yaşlı E.-dir. Araşdırma davam etdirilir.

Onların valideynlərinə xəbərdarlıq edilib.