Bərdə rayonunda dəhşətli qəza

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONN media-nın məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Əliyalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil yolu keçən Rahilə Məmmədovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Ucarda da piyadanin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Ucar rayon sakini Rüstəm Ağayev idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 60 yaşlı Maarif Murzəliyevi vurub. Ağır xəsarət alan piyada dərhal Ucar Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, Maarif Mirzəliyev şəhərin 5 saylı tam orta məktəbində mühafizəçi işləyib. Elə hadisə də məktəbin qarşısında baş verib. Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.