ONN İnformasiya Agentliyi

Bərdədə binada partlayış: 2 nəfər xəsarət aldı

Bərdədə binada partlayış: 2 nəfər xəsarət aldı
26 Sentyabr 2023 - 17:13

Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

ONN media xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada baş verib.

Partlayışa səbəb ev sahibinin evdə qaz borusunda apardığı təmir işləri olub.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Sadiq Allahverdi oğlu Cəfərov və həyat yoldaşı muxtəlif bədən xəsarətləri alıb.

Yaralananlar Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png