Bərdədə YANĞIN – 3 nəfər…

Bərdə rayonunun Alaçadırlı kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya  verilən məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.