Babəkdə maşın aşdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, hadisə Babək prospektindən şəhərin mərkəzi istiqamətində qeydə alınıb. Bu səbəbdən də hazırda ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Qeyd edək ki, əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub.