Bakı həbsxanasında məhkum ölüb

Bakıda həbsxanada üç məhkum ölüb.

ONN media xəbər verir ki, məlumata görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkumlar – Nəsrulla Balabəyov, İlkin Bəşirov və Nəsir Vələdov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.