Bakı metrosunda ƏMƏLİYYAT – Saxlanılan var

Bakıda oğurluq etmiş şəxs tutulub.

ONN media Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də əcnəbi vətəndaşa məxsus, içərisində 450 manat pul, mobil telefon, maşın açarı və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.

Tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.