Bakı-Quba yolunda ağır qəza olub

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ONN media-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli “Mersedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı “Şevrolet” markalı avtomobili ötmək istəyərkən toqquşub.

Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər- 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu isə hadisə yerində dünyasını dəyişib, 10 sərnişin xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.

Mikroavtobusda 14 nəfər olub.