Bakı-Quba yolunda ağır yol qəzası baş verib

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən ONN media-ya verilən mlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində baş verib .

“Mersedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mersedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.