Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONNmedia report-a istinadən xəbər verir ki, hadisə magistralın Sumqayıt şəhəri, Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb.