Bakıda əcnəbi iş adamı öldü

Nəsimi rayonunda kirayədə qalan əcnəbi vətəndaş dünyasını dəyişib.

ONN media-nın məlumatına görə, Bəşir Səfəroğlu küçəsi, ev 166-da yaşayan Yeni Zelandiya vətəndaşı, 1951 –ci il təvəllüdlü Bryant Kevin Ceyms Yames  öz yaşadığı mənzildə ölü tapılıb.

Hadisə yerinə gələn rayonun hüquq-mühafizə orqanları və məhkəmə tibbi eksperti ilkin müayinələrə başlayıblar. Məlum olub ki, 67 yaşlı əcnəbi öz əcəli ilə ölüb. 

Qeyd edək ki, dünyasını dəyişən Yeni Zelandiya vətəndaşı “Sector Texnil” şirkətinin əməkdaşı olub.